Azərbaycan Ermənistana qarşı - Avropa çempionatında son tur

2 Noyabr 2019 11:21 Şahmat 637
Azərbaycan Ermənistana qarşı - Avropa çempionatında son tur

Bu gün Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, komandalarımızın heyəti açıqlanıb.

Qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya - Azərbaycan

Luka Leniç - Arkadi Naydiç

Matey Sebenik - Rauf Məmmədov

Yure Skoberne - Qədir Hüseynov

Yan Sudel - Eltac Səfərli

Azərbaycan - Ermənistan

Qadınlar

Günay Məmmədzadə - Lilit Mkrtçyan

Xanım Balacayeva - Elina Danielyan

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan

Gülnar Məmmədova - Anna Sarqsyan

Qeyd: Son tura Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Xəbər Lenti