Azərbaycan Ermənistana qarşı

1 Noyabr 2019 09:52 Şahmat 874
Azərbaycan Ermənistana qarşı

Gürcüstanın Batumi şəhərində davam edən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığma komandası Ermənistanla qarşılaşacaq. Qadınlardan ibarət milli isə Fransa yığması ilə üz-üzə gələcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

7 turdan sonra Avropa çempionatında turnir cədvəli belədir:

Kişilər: 1. Rusiya - 12 xal, 2-4-cü yerlər. Ukrayna, İngiltərə, Almaniya - 11 xal, 5. Sloveniya - 10 xal , 6 - 8-ci yerlər. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.

Qadınlar: 1. Rusiya - 13 xal, 2. Gürcüstan - 11 xal, 3-5-ci yerlər. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10 xal, 6-8-ci yerlər. Fransa, İtaliya, Türkiyə - 9 xal.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti