Azərbaycan Almaniya və Rusiyaya qarşı - AÇ-2019

30 Oktyabr 2019 18:00 Şahmat 689
Azərbaycan Almaniya və Rusiyaya qarşı - AÇ-2019

Batumidə keçirilən kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının altıncı turuna start verilib.

Sportinfo.az xəbər verir ki, kişi şahmatçılarımız Almaniya, qadın təmsilçilərimiz isə Rusiya yığmaları ilə qarşılaşır.

Ötən turlarda qadınlardan ibarət komandamız 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Kişi şahmatçılarımız isə 5 turun 3-nü qələbə, 1-ni heç-heçə ilə başa vurub, bir qarşılaşmada məğlub olublar. Ötən turların yekununa görə, qadın yığmamız 3-cü, kişi şahmatçılarımız 6-cı pillədə qərarlaşıblar.

Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.

Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə 3-cü yer olub.

Xəbər Lenti