"Teymur səhər saat 5-də məni yola salırdı..."

5 Oktyabr 2019 13:27 Şahmat 717
"Teymur səhər saat 5-də məni yola salırdı..."

Rusiyalı qrossmeyster Sergey Karyakin dünya kubokunun qalibi Teymur Rəcəbovu təbrik edib.

Sportinfo.az xəbər verir ki, o, "tvitter" səhifəsində həmyerlimizə azarkeşlik etməsinin səbəbini də yazıb.

Karyakin bildirib ki, Rəcəbov onu səhər saat 5-də hava limanında müşayiət edib: "Dünya kuboku mənim üçün başa çatandan sonra Teymur səhərə yaxın mənim yanımda idi, yola salırdı. Bundan sonra ona azarkeşlik etməməyim mümkün deyildi. Təbrik edirəm, çox ağır və layiqli qələbə qazandı".

Rusiyanın Xantı-Mansisyk şəhərində keçirilən dünya kubokunun qalibi Teymur Rəcəbov 2020-ci ildə keçiriləcək "Şahmat tacı" uğrunda iddiaçılar turnirinə vəsiqə qazanıb. Rəcəbovun bu yarışda rəqibi norveçli dünya çempionu Maqnus Karlsen olacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!