Rəcəbov - Dinq Liren: ilk final heç-heçə bitdi

30 Sentyabr 2019 15:48 Şahmat 625
Rəcəbov - Dinq Liren: ilk final heç-heçə bitdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil edilən Dünya Kubokunda ilk final görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, qrossmeysterimiz çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Rəcəbovun ağ fiqurlarla oynadığı görüşün 33-cü gedişində tərəflər heç-heçəyə razılaşıb.

Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 3 partiya oynayacaq. Burada da qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-breyk keçiriləcək.

Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Xəbər Lenti