COP29

Nicat Abasovdan 38 pilləlik sıçrayış - FİDE reytinqində

1 Sentyabr 2023 01:50 Şahmat 673
Nicat Abasovdan 38 pilləlik sıçrayış - FİDE reytinqində

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyərək, 16-cı sırada qərarlaşıb.

Digər tanınmış qrosmeysterimiz Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb.

Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub. Gənc qrosmeyster 38 addım irəliləyib. O, 97-ci pillədən 59-cu sıraya yüksəlib.

Qədir Hüseynov isə bu dəfə ilk “100-lük”dən kənarda qalıb.

Qadınlarda isə Azərbaycanın 3 şahmatçısı ilk “100-lüy”ə düşüb. Bunlar Günay Məmmədzadə (2441 xalla 29-cu), Ülviyyə Fətəliyeva (2387 xalla 63-cü) və Gövhər Beydullayevadır (2383 xalla 68-ci).

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!