Liderlərimizdən növbəti heç-heçə - TAY-BREK OLACAQ

21 Sentyabr 2019 17:17 Şahmat 971
Liderlərimizdən növbəti heç-heçə - TAY-BREK OLACAQ

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku turnirinin 1/8 final mərhələsinin ikinci partiyaları oynanılır.

Sportinfo.az xəbər verir ki, bu mərhələdə beynəlxaql dərəcəli qrossmeysterlərimiz - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəlib.

Onların arasındakı ikinci görüşdə də heç-heçə qeydə alınıb. Birinci dueldə də eyni nəticə olduğu üçün qalib sentyabrın 22-də tay-breykdə müəyyənləşəcək.

Azərbaycanın yarışa qatılan digər şahmatçıları mübarizəni dayandırıb. Əvvəlki mərhələlərdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Məmmədyarova məğlub olub. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.

Xəbər Lenti