Erməni Məmmədyarova niyə təşəkkür etdi? - VİDEO+FOTO

28 Avqust 2019 09:49 Şahmat 866
Erməni Məmmədyarova niyə təşəkkür etdi? - VİDEO+FOTO

ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Grand Chess Tour 2019" şahmat turnirinin 4-cü mərhələsi başa çatdıqdan sonra Levon Aronyan Şəhriyar Məmmədyarova təşəkkür edib.

Sportinfo,az xəbər verir ki, Aronyan turnirin qalibi olub və buna görə Məmmədyarova minnətdar olub.

Sonuncu oyunda Şəhriyar Çin təmsilçisi Yu Yanqi ilə qarşılaşıb və oyun heç-heçə başa çatıb. Əgər bu oyunda Şəhriyar Məmmədyarov məğlub olsaydı, o zaman Levon Aronyanla Yu Yanqinin xalları bərabərləşəcəkdi və onlar öz aralarında təkrar oyun keçirməli olacaqdılar.

Azərbaycan şahmatçısı bu mərhələni sonuncu - 10-cu sırada tamamlayıb. Aralarında Şəhriyarın da olduğu dünyanın ən güclü 10 şahmatçısının - Norveçdən Maqnus Karlsen, Fransadan Maksim Vaşe-Laqrav, ABŞ-dan Fabiano Karuana və Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren və Yu Yanqi, Ermənistandan Levon Aronyan, Rusiyadan Sergey Karyakin və Macarıstandan olan Riçard Rapportun mübarizə apardığı turniri hazırkı dünya çempionu Maqnus Karlsen turniri 6-cı sırda tamamlayıb.

Turnirin qalibi olan Levon Aronyan 37 min 500 dollar qazanıb. Ən az xal toplayan Şəhriyar Məmmədyarovun qazancı isə 7 min 500 dollar olub.

Onu da bildirək ki, bundan əvvəlki Paris (27 iyul - 2 avqust) turnirində Şəhriyar Məmmədyarov yenə də 7 min 500 dollar, Zaqreb (24 iyun-9 iyul) turnirində isə 10 min dollar qazanıb.

Parisdə keçirilən "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsini Şəhriyar Məmmədyarov 15 xalla 8-ci pillədə başa vurub. Turnirin qalibi 21 xalla Maksim Vaşe-Laqrav olub.

Yarışın sonrakı mərhələləri - noyabrın 4-dən 11-dək Buxarestdə, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Final mərhələsi isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.

Xəbər Lenti