Millimizi Dünya Kubokunda təmsil edəcək simalar

5 İyul 2019 08:00 Şahmat 941
Millimizi Dünya Kubokunda təmsil edəcək simalar

Azərbaycanı şahmat üzrə Dünya Kubokunda təmsil edəcək qrossmeysterlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, reytinqə əsasən, ölkəni Şəhriyar Məmmədyarovla (2765 xal, 8-ci yer) Teymur Rəcəbov (2759 xal, 13-cü yer) təmsil edəcəklər.

Arkadi Naydiç (2681 xal, 62-ci yer) isə ehtiyat oyunçu kimi göstərilib. Dünya Kuboku 9 sentyabr – 4 oktyabrda Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək.

Turnirdə 128 şahmatçı iştirak edəcək. Ən yaxşı nəticəyə imza atacaq iki qrossmeyster 2020-ci il dünya çempionu titulu uğrunda İddiaçılar Turnirinə qatılmaq hüququ əldə edəcək.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"