Şəhriyar Məmmədyarov FIDE reytinqində mövqeyini qorudu

1 İyul 2019 10:36 Şahmat 479
Şəhriyar Məmmədyarov FIDE reytinqində mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul ayı üçün reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib.

O, 2765 xalla 8-ci pillədə qərarlaşıb. 34 yaşlı şahmatçı norveçli dünya çempionu və lider Maqnus Karlsendən 107 xal geri qalır.

Bir pillə geriləyən Teymur Rəcəbov 2759 xalla 13-cü sıradadır. Hesabında 2681 xalı olan Arkadi Naydiç 4 mövqe itirib.

O, 62-ci yerə düşüb. Qədir Hüseynov isə 2654 xalla "100-lüy"ü qapayır. O, 3 pillə geriləyib.

Ötən ay olduğumu kimi, qadınların "Top-100"də Azərbaycanın bir şahmatçısı yer alıb. Günay Məmmədzadə 2427 xalla 40-cı pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti