Bakıda seminar keçirir

24 İyun 2019 16:48 Şahmat 615
Bakıda seminar keçirir

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığıyla Bakıda hakimlər üçün seminar keçirilir.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, 4 ölkədən 50-dən çox hakimin iştirak etdiyi seminarda yeniliklər barədə məlumatlar veriləcək, superturnirlər, dünya, Avropa çempionatları o cümlədən Ümumdünya Şahmat Olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılacaq.

Seminarın açılış günündə FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək hakimlərə uğurlar arzu edib.

Seminarı AŞF-nin vitse-prezidenti, bir çox mötəbər çempionatlarda, Ümumdünya Şahmat Olimpiadasında baş hakim olan Faiq Həsənov, eləcə də Kanadadan ölkəmizə səfər edən beynəlxalq hakim Vadim Çıpin idarə edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR