Naxçıvanda "uduzan çıxır": "Qəbələ" ilə "Sumqayıt" narahat olmasın - FOTOLAR

7 May 2019 12:36 Şahmat 902
Naxçıvanda "uduzan çıxır": "Qəbələ" ilə "Sumqayıt" narahat olmasın - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Naxçıvan 2019" Beynəlxalq Şahmat Festivalında iştirak edən yerli və xarici qrossmeysterləri Naxçıvan şəhər ümumtəhsil məktəblərinin I-IX sinif şagirdlərinə seans verib.

Sportinfo.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov çıxış edərək tədbirin mahiyyətindən danışıb.

O, tədbirin məktəbli şahmatçılar üçün böyük bir təcrübə olacağını vurğulayıb və oyun iştirakçılarına uğurlar diləyib.

Daha sonra oyuna start verilib. «Uduzan çıxır» prinsipiylə keçirilən yarışda ümumilikdə 96 məktəbli iştirak edib.

Maraqlı alınan yarışma Naxçıvan şəhər stadmonunda düzənlənib. Hansı ki, mayın 19-da burda ölkə kubokunun final görüşü təşkil olunacaq.

«Qəbələ» ilə «Sumqayıt»ı bir araya gətirəcək arenanın ot örtüyünün ideala yaxın səviyyədə olması görünür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR