Azərbaycanda yeni klub təsis edildi - FOTO

4 May 2019 20:24 Şahmat 848
Azərbaycanda yeni klub təsis edildi - FOTO

Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun adını daşıyan fond növbəti böyük layihəni həyata keçirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu tanınmış şahmatçının adını daşıyacaq klub təsis edib.

“Vüqar Həşimov” klubu artıq heyəti formalaşdırmağa başlayıb. İlkin danışıqlardan sonra Azərbaycan millisinin üzvləri Rauf Məmmədovla Qədir Hüseynov komanda yoldaşlarının adını daşıyan klubda çıxış etməyə razılıq verib.

Şahmatçılar Vüqar Həşimov klubunda mübarizə aparmağı özlərinə borc bildiklərini deyib.

Vüqar Həşimov klubu Monteneqroda təşkil olunacaq Avropa Çempionlar Kubokunda çıxış edəcək. Yaxın günlər ərzində klubun bütün heyəti açıqlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR