Azərbaycandan 100 min avronu cibinə qoyub getdi - FOTO

9 Aprel 2019 00:20 Şahmat 666
Azərbaycandan 100 min avronu cibinə qoyub getdi - FOTO

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub.

O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin 4,5 xalda qalıb.

Daha öncə 2014, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olan norveçli 100 min avro əldə edib.

Azərbaycan qrossmeysterlərindən Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov isə qara fiqurlarla mübarizə aparıb.

Məmmədyarov autsayder Aniş Giri ilə, Rəcəbov vitse-çempion Vişvanatan Anandla heç-heçə oynayıb.

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Liren Dinq (Çin) - 0:1

Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0:1

Alekandr Qrişuk (Rusiya) - David Navara (Çexiya) - 1:0

8 turdan sonra 6 xala malik Maqnus Karlsen ən yaxın izləyiciləri Aleksandr Qrişukla Sergey Karyakini 1,5 xal geridə qoyur.

Vişvanatan Anand, Veselin Topalov, Dinq Liren və Teymur Rəcəbov 4 xalla 4 - 7-ci yerlərdədirlər.

David Navara 3,5 xalla 8-ci, Şəhriyar Məmmədyarov 3 xalla 9-cu, Aniş Giri isə 2,5 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR