"ShamkirChess 2019"da iştirak edən ulduzlardan uşaqlar üçün seans

7 Aprel 2019 20:41 Şahmat 480
"ShamkirChess 2019"da iştirak edən ulduzlardan uşaqlar üçün seans

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnirin iştirakçıları Şəmkirdəki Heydər Əliyev Mərkəzində uşaqlara seans keçiblər.

Sportinfo.az xəbər verir ki, seans 40 lövhədə olub.

Uşaqlarla dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand, Rusiya şahmatçıları Sergey Karyakin, Aleksandr Qrişuk, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, eləcə də Aniş Giri, David Navara, Veselin Topalov şahmat oynayıb.

Sonda qrossmeysterlər yeniyetmə şahmatçılarla xatirə şəkli çəkdiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR