Millimizin iki liderindən biri uduzdu, biri heç-heçə etdi

7 Aprel 2019 00:50 Şahmat 579
Millimizin iki liderindən biri uduzdu, biri heç-heçə etdi

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində VI turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparıblar.

Məmmədyarov bolqarıstanlı Veselin Topolova uduzub. Bu, 34 yaşlı qrossmeysterin turnirdə ikinci məğlubiyyəti olub.

Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla xalı yarı bölüb. Bu, 32 yaşlı şahmatçının ardıcıl 6-cı heç-heçəsi olub.

Dinq Liren (Çin) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 1:0

Alekandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

6 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen və Sergey Karyakin hərəyə 4 xalla başçılıq edir.

Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Dinq Liren, Aleksandr Qrişuk, Veselin Topalov və Teymur Rəcəbov 3 - 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Aniş Giri 9-10-cu yerləri bölüşürlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR