"Mən uduzmamalıydım"

5 Aprel 2019 08:36 Şahmat 478
"Mən uduzmamalıydım"

"Oyundan razı qaldım, pinsipial pozisiya izlədik.

Gedişləri saymaq və diqqətli olmaq vacib idi.

Rəqib çox dəqiq oynadı. Buna görə qələbə üçün oynamaq mümkünsüz oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "ShamkirChess2019"un V turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

34 yaşlı qrossmeyster bildirib ki, görüşdə üstünlük görünmürdü və heç bir perspektiv olmayacaqdı:

"Ümumilikdə, Şəmkir turnirində oyundan razıyam, nəticədən yox. Vişvanatan Ananda uduzmamalıydım.

David Navara ilə görüşdə üstünlüyü qoruya bilmədim. Ümid edirəm istirahət günündən sonra nəticələr daha yaxşı olacaq".

Dünya çempionu Maqnus Karlsen nəticədən razı qalmadığını etiraf edib. Onun sözlərinə görə, partiya istədiyi kimi bitməyib:

"Heç-heçəyə nail oldum. Amma oyunun keyfiyyətindən razı qalmadım. Şəmkirdə ardıcıl qələbələrdən sonra liderliyə yüksəldim. Bununla belə, stabil oynamıram. Səhvlər üzərində işləmək lazımdır".

Bu gün "ShamkirChess2019" turnirində istirahət günüdür. Karlsen hazırda 3,5 xalla birinci, Məmmədyarovun isə 2 xalla 7-8-ci yerləri bölüşdürür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR