Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturniri davam edir.
Sportinfo.az xəbər verir ki, V turun görüşləri keçirilib.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu və yarışın lideri Maqnus Karlsenlə üz-üzə gəlib.
Görüş heç-heçə nəticələnib. Teymur Rəcəbov isə ağ fiqurlarla Sergey Karyakinlə bərabərə qalıb.
Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya) - 1:0
David Navara (Çexiya) - Dinq Liren (Çin) - 1:0
Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0
Turnir cədvəli: 1. Maqnus Karlsen – 3,5 xal; 2-3. Sergey Karyakin, Vişvanatan Anand - 3 xal; 4-7. Teymur Rəcəbov, David Navara, Dinq Liren, Aleksandr Qrişuk- 2,5 xal; 8-9. Şəhriyar Məmmədyarov, Veselin Topalov - 2 xal; 10. Aniş Giri - 1,5 xal.

