"ShamkirChess 2019": Bu gün Şəhriyar Karlsenlə qarşılaşacaq

4 Aprel 2019 13:36 Şahmat 481
"ShamkirChess 2019": Bu gün Şəhriyar Karlsenlə qarşılaşacaq

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün V turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu və yarışın lideri Maqnus Karlsenlə üz-üzə gələcək.

Teymur Rəcəbov isə ağ fiqurlarla Sergey Karyakini sınağa çəkəcək. 4 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen 3 xalla başçılıq edir.

2,5 xalı olan Sergey Karyakin və Dinq Liren 2-3-cü, 2 xala malik Vişvanatan Anand, Veselin Topalov və Teymur Rəcəbov 4 - 6-cı yerləri bölüşdürürlər.

Hələlik 1,5 xal toplayan David Navara, Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk və Aniş Giri isə 7 - 10-cu yerlərdədirlər.

Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)

David Navara (Çexiya) - Dinq Liren (Çin)

Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya)

Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR