Hamısı razılaşdı - FOTO

4 Aprel 2019 00:20 Şahmat 527
Hamısı razılaşdı - FOTO

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində IV turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.

Çexiyalı David Navara ilə qarşılaşan Şəhriyar Məmmədyarov da görüşünü heç-heçə ilə başa vurub. IV turda keçirilən bütün görüşlər bərabərliklə bitib.

Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) - 0,5:0,5

4 turdan sonra Maqnus Karlsen 3 xalla turnir cədvəlinə başçılıq edir.

2,5 xalı olan Dinq Liren və Sergey Karyakin 2-3-cü, 2 xalı olan Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 4-6-cı yerləri bölüşdürürlər.

1,5 xalı olan Aniş Giri, Aleksandr Qrişuk, David Navara və Şəhriyar Məmmədyarov 7-10-cu yerlərdədirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR