"ShamkirChess 2019": Bu gün IV turun görüşləri keçiriləcək

3 Aprel 2019 09:48 Şahmat 468
"ShamkirChess 2019": Bu gün IV turun görüşləri keçiriləcək

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün IV turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ, Teymur Rəcəbov qara fiqurlarla çıxış edəcək.

Məmmədyarov çexiyalı David Navaranı sınağa çəkəcək. Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşacaq.

Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç)

Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan)

Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya)

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya)

3 turdan sonra Karlsen 2,5 xalla 1-ci pillədə qərarlaşıb. Karyakin və Liren hərəyə 2 xalla 2-3-cü, Anand, Topalov və Rəcəbov hərəyə 1,5 xalla 4 - 6-cı yerləri bölüşdürür.

Hərəyə 1 xala malik Navara, Məmmədyarov, Qrişuk və Giri isə 6 - 10-cu yerdədirlər. Turnirə aprelin 9-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR