Yığmamızın lideri bu xəbərlə HAMINI TƏƏCCÜBLƏNDİRDİ: FOTO

3 Aprel 2019 08:24 Şahmat 563
Yığmamızın lideri bu xəbərlə HAMINI TƏƏCCÜBLƏNDİRDİ: FOTO

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində III turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayıb.

Rəcəbov liderlər qrupunda yer alan çinli Dinq Lirenlə heç-heçə edib. Məmmədyarov isə son pillələrdə olan hindistanlı eks-dünya çempionu Vişvanatan Ananda uduzub.

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0.5:0.5
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) - 0:1
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:1

3 turdan sonra Maqnus Karlsen 2,5 xalla I pillədə qərarlaşıb. Dinq Liren və Sergey Karyakin 2 xalla 2-3-cü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 1,5 xalla 4-6-cı yerləri bölüşdürür.

1 xalı olan Alekandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navara isə 6-10-cu yerdədirlər. Turnirə aprelin 9-da yekun vurulacaq.













Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR