"ShamkirChess 2019": Bu gün III turun görüşləri keçiriləcək

2 Aprel 2019 09:48 Şahmat 437
"ShamkirChess 2019": Bu gün III turun görüşləri keçiriləcək

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnirində bu gün III turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayacaq.

Rəcəbov liderlər qrupunda yer alan çinli Dinq Lirenlə üz-üzə gələcək. Məmmədyarov isə son pillələrdə olan hindistanlı eks-dünya çempionu Vişvanatan Anandla gücünü sınayacaq.

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan)

David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç)

Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin)

Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya)

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

İlk 2 turdan sonra Karlsen, Karyakin və Liren hərəyə 1,5 xalla ilk 3 pillədə yer alıblar.

Topalov, Navara, Məmmədyarov və Rəcəbov hərəyə 1 xalla 4 - 7-ci yerləri bölüşür. Hərəyə 0,5 xalı olan Qrişuk, Anand və Giri 8 - 10-cu yerlərdə qərarlaşıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR