Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess" superturniri davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün ikinci turun görüşləri keçirilib.
Bu tur azərbaycanlıların dueli baş tutub. Belə ki, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gəlib.
Günün ən tez başa çatan görüşündə sülh qeydə alınıb. 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.
Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Liren Dinq (Çin) - Alekandr Qrişuk (Rusiya) - 1:0
Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) - 0:1
Turnir cədvəli: Maqnus Karlsen, Sergey Karyakin, Liren Dinq - hamısı 1,5 xal; Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Veselin Topalov, David Navara - 1 xal; Vişvanatan Anand, Alekandr Qrişuk, Aniş Giri - 0,5 xal.

