"ShamkirChess 2019": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq

1 Aprel 2019 13:00 Şahmat 453
"ShamkirChess 2019": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün II turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşacaq.

Hazırkı dünya çempionu Maqnus Karlsen isə məhz bu tituldan məhrum etdiyi Vişvanatan Anandla üz-üzə gələcək.

Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya)

Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)

Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan)

Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya)

İlk turdan sonra şahmatçıların hər biri 0,5 xala malikdir. 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR