Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin ilk turunda üz-üzə gələn Şəhriyar Məmmədyarovla rusiyalı Aleksandr Qrişuk arasındakı oyun heç-heçə yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, oyundan dərhal sonra şahmatçılar mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildiriblər.
A.Qrişuk heç-heçə ilə razı olduğunu vurğulayıb: "Bir az yorğun idim. Nəticədən razıyam.
Qazaxıstanda keçirilən yarışda istirahət etmədiyimi düşünürəm. Nə qədər oyun varsa, o qədər istirahət etmək lazımdır".

