Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin ilk turunda rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə heç-heçə edib.
Sportinfo,az xəbər verir ki, oyundan sonra şahmatçılar mətbuat konfransı keçiriblər.
S.Karyakin qələbə qazanmaq istədiyini, ancaq istəyinin alınmadığını bildirib: "Rəqibim çox güclü idi.
Bir çox məqamlar var idi ki, istifadə edib qalib gələ bilərdim. Rəqibimi güclü gedişlər etməyə məcbur elədim".
Şahmatçı qeyd edib ki, bu il onun üçün fərqli olacaq: "Qarşıda güclü turnirlər var. Axırıncı yarışda qalib gələ bilmədiyimə görə, əlimdən gələni edəcəyəm ki, uğur qazanım".

