Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturnirinə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk tur qarşılaşmalarının heç birində qalib müəyyənləşməyib.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla, Teymur Rəcəbov isə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə xalları yarı bölüb.
Digər görüşlər də heç-heçə ilə yekunlaşıb. 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.
Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya) - 0,5:0,5

