“Evli olub-olmamağın püşkatmaya nə dəxli var?”

31 Mart 2019 12:15 Şahmat 901
“Evli olub-olmamağın püşkatmaya nə dəxli var?”

“Shamkir Chess” turnirində püşkatmadan sonra şahmatçıların mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, qroyssmesterlər suallara cavab veriblər.

Turnir haqqında fikriniz necədir?

- Şəhriyar Məmmədyarov: Çətin turnir olacaq. Cədvəl oturduğumuz kimi ola bilər. Amma ortadakı (Maqnus Karlseni nəzərdə tutur. Çünki Karlsen sıranın mərkəzində idi). Bizi maraqlı yarış göstərir.

Gənclər arasında kim şahmat tacı uğrunda mübarizə apara bilər?

- Maqnus Karlsen: Verdiyiniz sual geniş məna kəsb edir. Şahmatda gənclər də, yaşlılar da var. Mən də özümü yaşlılara aid edirəm.

İki dəfə bu turnirdə qalib olmusunuz. Amma bu yarışlarda Maqnus Karlsen olmayıb. Bu dəfə Maqnus Karlsen var və qalib gələ biləcəksiniz?

- Şəhriyar Məmmədyarov: Maqnus Karlsenin olduğu turnirdə qalib gəlmişəm. Yaxşı turnir keçirmişəm. Onun olduğu turnirlər daha maraqlıdır.

Son dünya və Avropa çempionatında iştirak etməmisiniz. Avropa çempionatını kənara qoysaq, dünya birinciliyində komandaların heyətləri zəif idi. İkinci nömrələr çıxış edirdi. Orda olsaydınız, millimiz mükafatçılar sırasına düşə bilərdi?

- Teymur Rəcəbov: Biz bildirmişdik ki, proqramımız çətindir. Ona görə uyğun deyildi. Növbəti turnirlərdə iştirak etməyə çalışacağıq.

- Ş.M: FİDE proqramı gec açıqladı. Təqvim bizə uyğun gəlmədi. Bir çox ölkələr də əsas heyətlə qatıla bilmədi. Müzakirə etdik ki, gedə bilərik, yoxsa alınmaz. Alınmadı.

Burdakı şahmatçıların bir çoxu Vüqar Həşimovla qarşılaşıb. Xatirələrinizi bölüşə bilərsiniz?

- Ş.M: Yəqin ki, burda ən çox Vüqarla mən qarşılaşmışam. Onunla görüşləri yaxşı xatırlayıram. Biz ilk dəfə 9-10 yaşlarında üz-üzə gəlmişik. Çox maraqlı oyunlar idi.

Sergey Karyakin: Əlbəttə ki, Vüqar möhtəşəm oyunçu idi. Onunla çox oyunlarımız heç-heçə başa çatıb.

Aniş Giri: Mən də bir neçə dəfə qarşılaşmışam. Uduzduğum matçlar da olub.

M.K: Bir neçə dəfə onunla üz-üzə gəlmişəm. Rapid növündə daha çox Vüqar qazanıb, klasik növdə mən çox qalib gəlmişəm. Çox maraqlı şahmatçı idi.

- A.Q: Vüqar çox maraqlı və aqressiv rəqib idi.

- Vişvanatan Anand: Vüqarla 2 dəfə rapid, 2 dəfə klassik növdə oynamışam. Maraqlı olub.

- Veselin Topalov: Rapid növündə çox qarşılaşmışıq.

- David Navarra: Vüqar çox güclü oyunçu olub. Bir dəfə ona qalib gəldim, ardınca 6 dəfə uduzdum.

- T.R: Çox oynamışam Vüqarla. Son oyunda qalib gəlsəm də, o hər zaman ağ fiqurlarla təhlükəli idi. Aqressiv idi və qarşısındakına təzyiq edə bilirdi.

İlk turda Karlsenlə qarşılaşacaqsınız...

- T.R: Çox məmnunam ki, ilk turda Karlsenlə qarşılaşacam.

Vüqar Həşimovla bağlı xatirələriniz çoxdur. İndiyə qədər heç danışmamısınız...

- S.K: Onunla bağlı çox xatirələrimiz var. Bir çoxunu özümdə saxlamaq istəyirəm. Onunla Çində dünya çempionatında üz-üzə gəldik. Orada yarış uğursuz idi. Amma bir-birimizlə görüşüb danışırdıq. Onun məsləhətlərindən indi də istifadə edirəm. Bakıda dünya çempionatında qardaşı mənə böyük dəstək oldu. 0:2 uduzdurdum, amma onun sayəsində qələbəyə kökləndim.

Çox bikef görünürsünüz...

- V.T: Sadəcə yorğunam.

Karlsen, hər dəfə Azərbaycana öz aşpazınızı gətirirsiniz. Azərbaycan mətbəxinə etibar etmirsiniz?

- M.K: Düşünürəm ki, bu özümü daha güvəndə hiss etmək üçündür. Xüsusi başqa səbəb yoxdur.

- Püşkatma bir az fərqli idi. Rəqəmlər xanımların qolunda idi. Səhnəyə çıxmazdan öncə seçəcəyiniz xanımları müəyyənləşdirmişdiniz, yoxsa gözəlliyə görə seçdiniz?

- A.G: Sevgilim var.

- S.K: Mənim üçün daha rahat oldu. Çünki səhnəyə çıxanda 2 qara, 1 ağ rəqəm var idi. Ağı seçdim.

- T.R: Mən evliyəm. Düşünürəm ki, xanımların hamısı xoşgörünüşlü idi.

- Ş.M: Başa düşmürəm ki, şahmatçıların evli olub-olmamağının püşkatmaya nə dəxli var? Həmişəki kimi səhv intuisiya sayəsində qara fiqurlarla oynayacam. Ümid edirəm ki, gələn il kişilər olar, ağ fiqurlarla oynayaram.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR