“Dünya və Avropa çempionatları həm nazirlik, həm də federasiyalar tərəfindən əsas diqqət mərkəzində saxlanılır və orda iştirak etmək vacibdi".
Sportinfo.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov “ShamkirChess 2019” supertunirinin açılış mərasimindən öncə deyib.
A.Rəhimov Teymur Rəcəbovla Şəhriyar Məmədyarovun Qazaxıstanda keçirilmiş komandalararası son dünya çempionatına qatılmamasına münasibət bildirib:
"Azərbaycan bu yarışlara ən güclü komandaları göndərir. Şahmat isə digər idman növlərindən fərqli olduğuna görə, ola bilsin ki, bizim məşhur şahmatçıların öz planları olub.
Ona görə də bu iki idmançı orda çıxış etməyib. Bizim komanda isə orda iştirak etdi və yeddinci yerdə qərarlaşdı.
Düşünürük ki, gələn illərdə Şəhriyar və Teymur komandamızın yaraşmayan yerdə qərarlaşdığını görüb, dünya çempionatına qatılar”.

