Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, ilk turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.
Şəhriyar Məmmədyarov qara fiqurlarla Aleksandr Qrişuka rəqib olub. 9 turdan ibarət "Shamkir Chess"ə aprelin 9-da yekun vurulacaq.
İlk turun cütlükləri:
Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan)
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)
Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)
Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya)

