COP29

"Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi"

27 Aprel 02:40 Şahmat 475
"Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi"

"Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi".

Sportinfo.az xəbər verir ki, bunu kişilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatının qalibi olan Aydın Süleymanlı deyib.

O, Azərbaycan milli komandasının üzvü olmaq istədiyini bildirib:

"Düşünürəm ki, tez bir zamanda millimizi təmsil edəcəm. Oyunlarımız çətin keçdi.

Seçmə mərhələdə bir o qədər yaxşı çıxış etmədim. Finala son anda vəsiqə qazandım.

Lakin həlledici mərhələdə özümü yaxşı tərəfdən göstərə bildim. İlk dəfə idi ki, Məhəmməd Muradlıya qalib gəlirdim.

O, mənim yaxın dostumdur. Məhəmməd güclü şahmatçıdır".

Aydın Süleymanlı aprelin 10-26-sı aralığında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən Azərbaycan çempionatının qalibi olub.

Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...