Dünya çempionatı: Bu gün Azərbaycan son oyuna çıxır

14 Mart 2019 09:36 Şahmat 499
Dünya çempionatı: Bu gün Azərbaycan son oyuna çıxır

Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında bu gün son turun görüşləri keçiriləcək.

kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX turda Misir komandsı ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 10:00-da başlanacaq. 8 turdan sonra turnir cədvəlinə 14 xalla başçılıq edən Rusiya millisi vaxtından əvvəl dünya çempionluğunu təmin edib.

6 xalla 7-ci yerdə qərarlaşan Azərbaycan yığması ən yaxşı halda 1 pillə irəliləyə bilər.

Bunun üçün 3 xalla son pillədə olan Misir komandasına qalib gəlmək və 8 xalla 6-cı mövqedə qərarlaşmış İranın 9 xalla 5-ci yerdə gedən ABŞ-a uduzmasını gözləmək lazımdır.

Bu gün Rusiya - Hindistan, İngiltərə - İsveç, Qazaxıstan - Çin qarşılaşmaları da oynanılacaq.

Hazırda Hindistan və İngiltərə hərəyə 11 xalla 2-3-cü yerləri bölüşürlər. Çin 10 xalla 4-cü, Qazaxıstan və İsveç isə hərəyə 4 xalla 8-9-cu yerlərdədir.

Qeyd edək ki, dünya çempionatına Azərbaycan millisinin heyətində Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, Misir yığmasında isə Bassam Amin, Əhməd Ədli, Adam Fevzi, Abdulrəhman Heşam, Məhəmməd Abdulnəbi sifariş olunub.

Daha əvvəl Azərbaycanın şahmat komandası dünya çempionatında növbəti xalını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR