DÇ: Azərbaycan yığması bu gün İranla qarşılaşacaq

13 Mart 2019 12:48 Şahmat 515
DÇ: Azərbaycan yığması bu gün İranla qarşılaşacaq

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı komandalararası dünya çempionatında bu gün VIII turun oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, rəqib İran yığması olacaq və görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, İranı isə Parxam Maqsudlu, Poyya İdani, Amin Tabatabayi, Əlirza Firuca və Aryan Qulami təmsil edir.

Bu gün İsveç - Rusiya, Hindistan - ABŞ, Misir - Qazaxıstan və Çin - İngiltərə qarşılaşmaları da oynanılacaq.

Sona 2 tur qalmış turnir cədvəlinə 12 xalla Rusiya başçılıq edir. İngiltərə 11 xalla 2-ci, Hindistan 10 xalla 3-cü yerdə qərarlaşıb.

ABŞ və Çin hərəyə 8 xalla 4-5-ci yerləri bölüşür. İran 7 xalla 6-cı, Azərbaycan 5 xalla 7-cidir. Qazaxıstan və İsveç hərəyə 4 xalla 8-9-cu yerləri bölüşürlər. 1 xala malik Misir isə sonuncudu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR