Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, mötəbər yarışda VII turun görüşləri keçirilib.
İlk 6 turda aktivinə 4 xal yazdıran Azərbaycan millisi çətin sınağa çıxıb. Komandamız turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış Hindistanla üz-üzə gəlib.
Dörd şahmatçımızın hər biri rəqibi ilə sülh bağlayıb. Nəticədə komandamız Hindistanla heç-heçə edib.
Millimizin liderləri Teymur Rəcəbovla Şəhriar Məmmədyarovun yoxluğunda ölkəmizi çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.
Azərbaycan - Hindistan - 2:2
Arkadi Naydiç - Baskaran Adhiban - 0,5:0,5
Qədir Hüseynov - Krişnan Saşikiran - 0,5:0,5
Eltac Səfərli - Surya Şexar Qanquli - 0,5:0,5
Nicat Abbasov - Panayapan Seturaman - 0,5:0,5

