DÇ: Azərbaycan yığması bu gün Hindistanla qarşılaşacaq

12 Mart 2019 12:48 Şahmat 530
DÇ: Azərbaycan yığması bu gün Hindistanla qarşılaşacaq

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında bu gün VII turun oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, rəqib Hindistan yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, Hindistanı isə Başkaran Adiban, Krişnan Saşikiran, Surya Qanquli, Panayappan Seturaman və Çitambaram Aravind təmsil edir.

Bu tur Çin - İsveç, İngiltərə - Misir, Qazaxıstan - İran və ABŞ - Rusiya qarşılaşmaları da oynanılacaq.

6 turdan sonra Rusiya 10 xalla vahid liderdir. 9 xala malik olan Hindistan və İngiltərə 2-3-cü yerləri bölüşdürür.

ABŞ 8 xalla 4-cü, Çin 6 xalla 5-ci yerdədir. Azərbaycan, Qazaxıstan və İsveç hərəyə 4 xalla 7 - 9-cu yerləri bölüşdürür. 1 xalı olan Misir isə sonuncu-10 - cu yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR