Dünya çempionatı: Azərbaycan Rusiya ilə heç-heçə etdi

12 Mart 2019 00:10 Şahmat 550
Dünya çempionatı: Azərbaycan Rusiya ilə heç-heçə etdi

Qazaxıstanın paytaxtı Astanada keçirilən komandalararası dünya çempionatında kişi şahmatçılardan ibarət Azərbaycan millisi VI tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib Rusiya yığması olub.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Milli üzvlərindən Nicat Abbasov və Eltac Səfərli görüşlərini heç-heçə ilə başa vurub.

Arkadi Naydiç qələbə qazanıb, Rauf Məmmədov isə rəqibinə uduzub.

Rusiya – Azərbaycan - 2:2

Sergey Karyakin - Arkadi Naydiç - 0:1

Yan Nepomnyaşi - Rauf Məmmədov - 1:0

Aleksandr Qrişuk - Eltac Səfərli - 0,5:0,5

Vladislav Artemyev - Nicat Abbasov - 0,5:0,5

VI turun digər qarşılaşmaları

İran - İngiltərə - 1:3

Hindistan - Qazaxıstan - 3,5:0,5

İsveç - ABŞ - 0,5:3,5

Misir - Çin - 2:2

Bu nəticələrdən sonra Rusiya 10 xalla vahid liderdir. 9 xala malik olan Hindistan və İngiltərə 2-3-cü yerləri bölüşdürür.

ABŞ 8 xalla 4-cü, Çin 6 xalla 5-ci yerdədir. Azərbaycan, Qazaxıstan və İsveç 4 xalla 7-9-cu yerləri bölüşdürür, bir xalı olan Misir isə sonuncu - 10-cu yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR