Dünya çempionatı: Azərbaycan bu gün Rusiya ilə qarşılaşacaq

11 Mart 2019 12:48 Şahmat 506
Dünya çempionatı: Azərbaycan bu gün Rusiya ilə qarşılaşacaq

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında bu gün Azərbaycan millisi VI tur matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, rəqib Rusiya yığması olacaq.

Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, Rusiyanı isə Sergey Karyakin, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Dmitri Andreykin və Vladislav Artemyov təmsil edir.

Bu gün İran - İngiltərə, Hindistan - Qazaxıstan, İsveç - ABŞ və Misir - Çin görüşləri də keçiriləcək.

5 turdan sonra Rusiya 9 xalla liderdir. Hindistan və İngiltərə hərəyə 7 xalla 2-3-cü yerləri bölüşür. 6 xala malik ABŞ 4-cü pillədə qərarlaşıb.

Hərəyə 5 xalı olan Çin və İran 5-6-cı, 4 xal toplayan Qazaxıstan və İsveç 7-8-ci mövqelərdədir. Azərbaycan 3 xalla 9-cudursa, xalı olmayan Misir sonuncudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR