Azərbaycan millisindən dünya çempionatında ilk zəfər!

10 Mart 2019 09:26 Şahmat 547
Azərbaycan millisindən dünya çempionatında ilk zəfər!

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında V turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib ABŞ yığması olub.

Duel Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Arkadi Naydiç və Nicat Abbasov görüşlərini qələbə ilə başa vurub.

Rauf Məmmədov və Qədir Hüseynov isə rəqibləri ilə heç-heçə oynayıblar. Qələbə sayəsində Azərbaycan millisi xallarının sayını 3-ə yüksəldib. ABŞ-ın isə 6 xalı var.

Azərbaycan - ABŞ 3:1

Arkadi Naydiç - Dariuş Sverç - 1:0

Rauf Məmmədov - Samuel Sevyan - 0.5:0.5

Qədir Hüseynov - Aleksandr Onişuk - 0.5:0.5

Nicat Abbasov - Aleksandr Lenderman - 1:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR