Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında bu gün III turun oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, əqib təşkilatçı ölkə yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
İki turdan sonra Qazaxıstanın 2 xalı olduğu halda, Azərbaycan xalsızdı - ilk 2 turda Çin və İngiltərəyə yenilmişik.
Bu gün İran - İsveç, Misir - Hindistan, Çin - Rusiya və İngiltərə - ABŞ qarşılaşmaları da keçiriləcək.
15:00. Qazaxıstan - Azərbaycan
Rinat Cumbayev - Arkadi Naydiç
Ənvər İsmaqambetov - Rauf Məmmədov
Murtaz Kajqaleyev - Qədir Hüseynov
Pyotr Kostenko - Nicat Abbasov

