Azərbaycan yığması dünya çempionatına məğlubiyyətlə başladı

6 Mart 2019 08:36 Şahmat 549
Azərbaycan yığması dünya çempionatına məğlubiyyətlə başladı

Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi ilk turda Çinlə qarşılaşıb.

Komandamız asiyalılarla görüşdə yalnız yarım xal qazana bilib ki, dördüncü lövhədə Nicat Abbasov Bu Syançji ilə sülhə razılaşıb. Şahmatçılarımız digər üç lövhədən məğlub ayrılıb.

Yığmamızın aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov digər turnirlərə hazırlaşmaları səbəbindən Astanaya yollanmayıblar.

Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edir. 9 turdan ibarət dünya çempionatına martın 14-də yekun vurulacaq.

Çin - Azərbaycan - 3,5:0,5

Dinq Liren - Rauf Məmmədov - 1:0
Yu Yanqyi - Qədir Hüseynov - 1:0
Vey Yi - Eltac Səfərli - 1:0
Bu Syançji - Nicat Abbasov - 0,5:0,5

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR