Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayır

5 Mart 2019 12:48 Şahmat 509
Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayır

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatında mübarizəyə başlayır.

ilk turda rəqib Çin yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Millinin ən aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov digər turnirlərə hazırlaşmaları səbəbindən Astanaya yollanmayıblar.

Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edəcək.

Rəqib komandanın heyətində isə Dinq Liren, Yu Yanqyi, Vey Yi, Bu Syançji və Ni Hua yer alıb.

Bundan başqa Hindistan - İsveç, İran - Rusiya, Misir - ABŞ və İngiltərə - Qazaxıstan qarşılaşmaları da oynanılacaq.

Dünya çempionatı ümumilikdə 9 turdan ibarət olacaq. Yarışa martın 14-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR