Azərbaycan yığmasının da olduğu hoteldə bomba həyəcanı

21 Fevral 2019 18:48 Şahmat 647
Azərbaycan yığmasının da olduğu hoteldə bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada start götürən ənənəvi “Aeroflot Open” şahmat turniri yarımçıq saxlanılıb.

Sportinfo.az xəbər verir ki, yarış başladıqdan 45 dəqiqə sonra dayandırılıb.

Buna səbəb yarışın keçirildiyi “Kosmos” hoteldə bomba olmasına dair anonim zəngin daxil olmasıdı.

Bu səbəbdən ticarət mərkəzləri, kinoteatrlar, teatrlar, dəmiryolu stansiyaları, eləcə də, “Kosmos” hotelindəki 10 mindən çox insan təxliyyə edilib.

Hoteldəki insanlar yaxınlıqdakı məktəbə köçürülüb. Şahmatçılar isə başladıqları partiyaları yarımçıq qoymağa vadar edilib. Lakin hoteldə heç bir bomba tapılmayıb. Hotel müştəriləri geri qaytarılıb.

Onu da bildirək ki, bu hoteldə bomba olduğuna dair 2015-ci ilin noyabrında da yalançı bomba həyəcanı verilmiş və heç bir partlayıcı maddə tapılmamışdı.

Hhəmin yarışda Azərbaycanın səkkiz şahmatçısı (altı oğlan, iki qız) iştirak edir. A qrupunda mübarizə aparan Rauf Məmmədov Semyon Lomasovla (Rusiya), Eltac Səfərli Aram Hakobyanla (Ermənistan), B qrupunda Vüqar Əsədli Ruslan Yandarbiyevlə (Rusiya), Məhəmməd Muradlı Kartikeyan Acayla (Hindistan), Xanım Balacayeva Kaiyu Ninqlə (Çin), Ülviyyə Fətəliyeva Kirill Kozyonovla (Rusiya), Aydın Süleymanlı Maksim Luqovskoyla (Rusiya) və Read Səmədov Teca Krişna (Hindistan) ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR