2020-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak hüququ qazanacaq

21 Fevral 2019 00:40 Şahmat 511
2020-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak hüququ qazanacaq

FİDE qran-pri seriyasında iştirak edəcək şahmatçıların siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak edəcəkləri rəqabətin hər mərhələsində 16 nəfər mübarizə aparacaq.

Hər qrossmeyster 4 mükafat yarışı yalnız 3-ünə qatıla bilər. “Şah” Moskva, Yurmala və Təl-Əvivdə çıxış edəcək, Hamburqa yollanmayacaq.

Teymur isə Yurmala səfərindən vaz keçəcək. Turnirin yekununa əsasən, ən yüksək göstəriciyə malik 2 şahmatçı 2020-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak hüququ qazanacaq.

İlk mərhələ mayın 16-dan 30-dək Moskvada, sonrakılar Riqa və Yurmalada (11-25 iyul), Hamburqda (4-18 noyabr) və Təl-Əvivdə (10-24 dekabr) olacaq.

Qran-prinin hər mərhələsinin mükafat fondu 130 min avro təşkil edəcək. FİDE tərəfindən yaradılan əlavə 280 min avroluq mükafat fondu yüksək nəticə göstərənlər arasında bölünəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR