Azərbaycanın iki şahmatçısı FIDE-nin Qran-Pri turnirlərində

20 Fevral 2019 00:00 Şahmat 528
Azərbaycanın iki şahmatçısı FIDE-nin Qran-Pri turnirlərində

FIDE Qran-Pri turnirlərində iştirak edəcək şahmatçıları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Qran-Pridə Azərbaycanı iki qrossmeyster təmsil edəcək.

4 ölkədə təşkil olunacaq yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaq. İlk Qran-Pri mayın 16-30-da Rusiyanın paytaxtı Moskvada, növbəti turnir iyulun 11-25-də Latviyanın paytaxtı Riqada keçiriləcək.

Almaniyanın Hamburq şəhəri noyabrın 4-18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10-24-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq.

Rəcəbov Riqadakı, Məmmədyarov isə Hamburqdakı turnirə qatılmayacaq. FIDE Qran-Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib.

Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək.

Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək.

FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR