Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, federasiyanın binasında keçirilən yarışda qalib adını Günay Məmmədzadə qazanıb.
O, IX turda qara fiqurlarla Mələk İsmayıla qalib gəlib. Bununla da xallarını 8,5-ə çatdıran Məmmədzadə yenidən ölkə çempionu olub.
Günay daha əvvəl - 2017-ci ildə bu adı qazanıb. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) daha əvvəl fevral ayı üçün reytinq siyahısında Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb.

