DTX-nın Mədəniyyət Mərkəzində şahmat turniri keçirildi

2 Fevral 2019 16:48 Şahmat 561
DTX-nın Mədəniyyət Mərkəzində şahmat turniri keçirildi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2 fevral - Gənclər Günü ilə bağlı şahmat turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, "Gələyin gəncləri qrossmeysterlə birgə" adlanan tədbirdə 3 qat Avropa çempionu, Azərbaycan millisinin üzvü Qədir Hüseynov da iştirak edib.

O, uşaqlar üçün eyni zamanda 38 lövhədə master-klass keçib. DTX-nın Mədəniyyət Mərkəzinin Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən yarışa azyaşlı şahmatçılar qatılıb.

Turnirdə DTX-nın Mədəniyyət Mərkəzinin Şahmat Klubunun üzvləri və müxtəlif şahmat məktəblərinin idmançıları iştirak edib. Yarışda həmçinin Bakı və Azərbaycan çempionları da yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti