"Vüqar Həşimov Ədalətli Oyun Mükafatı"nın qalibləri

31 Yanvar 2019 11:12 Şahmat 544
"Vüqar Həşimov Ədalətli Oyun Mükafatı"nın qalibləri

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun şərəfinə təsis olunan "Vüqar Həşimov Ədalətli Oyun Mükafatı"nın qalibləri məlum olub.

Sportinfo.az xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilmiş 81-ci “Tata Steel Chess” superturnirində mükafata dünya çempionu, hindistanlı Vişvanatan Anand və qazaxıstanlı Dinara Saduakasova layiq görülüb.

Münsiflər heyətində Vüqar Həşimovun qardaşı Sərxan Həşimov, turnirin direktoru Yerun van den Berq və baş hakim Pavel Votrubadan yer alıb.

Onlar şahmatçıların rəqibə, hakimə, mətbuat nümayəndələrinə və turnirin təşkilatçılarına olan münasibətini qiymətləndirib.

Beynəlxalq səviyyəli "Vüqar Həşimov Ədalətli Oyun Mükafatı" 2015-ci ildə təsis olunub və ilk dəfə 2016-cı ildə Hollandiyada keçirilən 78-ci "Tata Stee Chessl” şahmat turnirində təqdim edilib.

Turnir "Şahmatın Uimbldonu" hesab olunur və dünyanın ən güclü şahmatçılarının iştirakı ilə baş tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR