Karlsen qalib oldu, Məmmədyarovla Rəcəbov isə…

28 Yanvar 2019 15:24 Şahmat 540
Karlsen qalib oldu, Məmmədyarovla Rəcəbov isə…

Hollandiyada təşkil olunan ənənəvi “Tata Steel Masters-2019” şahmat turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsen turnirin qalibi olub.

Karlsen turniri 9 xalla başa vurub. Bununla da, o, 7-ci dəfə turnirin qalibi olub. İkinci yeri Aniş Qiri (Hollandiya), üçüncü pilləni isə Yan Nepomnyaşi (Rusiya) tutub.

Azərbaycan şahmatçıları – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov son turda ruslarla qarşılaşıblar. Məmmədyarov Vladimir Fedoseyev, Rəcəbov isə Nepomnyaşi ilə üzə-üzə gəlib.

Görüşlər heç-heçə başa çatıb. Rəcəbov turniri 6,5, Məmmədyarov 5 xalla başa vurub. Onlar müvafiq olaraq 7 və 12-ci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR