Yığmamızın üzvü: "İlk dəfədr ki başıma belə bir iş gəlir"

27 Yanvar 2019 19:36 Şahmat 885
Yığmamızın üzvü: "İlk dəfədr ki başıma belə bir iş gəlir"

"Qibraltar Masters" turnirindən öncə kuryoz olay yaşanıb.

Sportinfo.az xəbər verir ki, hadisə azərbaycanlı şahmatçı Rauf Məmmədov və onun həyat yoldaşı Natalya Buksa ilə bağlıdı.

Həyat yoldaşı ilə birlikdə Qibraltar Şahmat Festifalında iştirak etmək üçün Lvov-İstanbul aviareysi ilə turnirə yola düşən Rauf Məmmədovun təyyarəsi, Rumıniyanın paytaxtı Buxarest şəhərində məcburi eniş etməli olub.

Buna səbəb isə sərnişinlərdən birinin özünü pis hiss etməsi olub. Vaxt itkisinə görə Raufla Natalya İstanbuldan Malaqaya uçacaqları reysə də gecikiblər və nəticədən Malaqaya bir gün sonra gəib çıxa biliblər.

Chess.az saytına verdiyi açıqlamasında Rauf özü olay barədə bunları deyib :"Lvov-İstanbul reysində bir sərnişin halı pisləşib və biz Buxarestdə məcburi eniş etməli olduq.

Buna görə də İstanbul-Malaqa reysinə gecikdik və ora bir gün sonra uçmalı olduq. Malaqaya bu gün çatdıq və ilk tura çatmırıq.

Təşkilatçıları da məsələ ilə bağlı xəbərdar etdik İlk dəfədi ki başıma belə bir iş gəlir. Ümid edirəm ki ,həmin sərnişin vəziyyəti yaxşıdı, hamımız ona görə çox narahat idik"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR